ABŞ Müdafiə naziri: " Suriya və İraqdakı "Hizbullah" obyektlərinə qarşı hava zərbələri müvəffəqiyyətli olub"

ABŞ Müdafiə naziri: " Suriya və İraqdakı "Hizbullah" obyektlərinə qarşı hava zərbələri müvəffəqiyyətli olub"
# 30 dekabr 2019 11:41 (UTC +04:00)

"Hizbullah"ın İraq və Suriyadakı "Xətaib Hizbullah" kimi tanınan qoluna qarşı hərbi əməliyyatlar uğurlu olub.

APA-nın "The Epoch Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

Əməliyyatdan sonra ABŞ Müdafiə naziri Mark Esper və Dövlət katibi Mayk Pompeo prezident Donald Trampla görüşüb.

Görüşdən sonra mətbuata açıqlama verən M. Pompeo ABŞ ordusunun ölkənin maraqlarını qorumaq üçün bölgədə əlavə addımlar ata biləcəyini deyib.

"Xətaib Hizbullah"ın İran tərəfindən dəstəkləndiyini iddia edən M.Pompeo İran İslam Respublikasının Amerika kişilərini və qadınlarını təhlükəyə atacaq hərəkətlərinə sakit yanaşmayacağını vurğulayıb.

O əlavə edib ki, Prezident Donald Tramp ilə lazım olduğu təqdirdə əlavə tədbirlərin görülməsi barədə də danışıb.

Mətbuat konfransında iştirak edən ABŞ Müdafiə naziri Esper bildirb ki, əməliyyatdan sonra pilotlar və təyyarələr təhlükəsiz şəkildə bazaya dönüb: "Əlavə edim ki, bu gün prezidentlə məsləhətləşmələr zamanı mövcud olan digər variantları da müzakirə etdik. Özünümüdafiə üçün və silahlı qruplaşmalardan və ya İran tərəfindən qaynaqlanan pis davranışları zərərsizləşdirmək üçün lazımi qədər əlavə tədbirlər görəcəyik".

Müdafiə naziri qeyd edib ki, Suriya və İraqdakı obyektlərə hava zərbələri F-15 qırıcıları tərəfindən həyata keçirilib.

O əlavə edib ki, "Xətaib Hizbullah"a bağlı olan beş hədəfə zərbələr endirilib, bunların 3-ü Qərbi İraq, 2-si isə Şərqi Suriyada yerləşir.

M. Esperin sözlərinə görə, bu hədəflər terror təşkilatı üçün komandanlıq postları və ya silah anbarları funksiyalarını yerinə yetirib.

Pentaqonun sözçüsü Conatan Hoffman da dəqiq müdafiə zərbələrinin endirildiyini deyib. O bildirib ki, bu, ABŞ qüvvələri də daxil olmaqla Əməliyyata Qoşulmayan (OIR) koalisiya qüvvələrinin yerləşdiyi İraq bazalarına "Xətaib Hizbullah"ın hücum zərbələrinə cavab idi.

C. Hoffman zərbələrin terrorçu qrupun gələcək hücumları həyata keçirmə planlarına ciddi təsir edəcəyini qeyd edib.

İraqın təhlükəsizlik mənbələrinin məlumatına görə, ABŞ-ın İraqdakı üç hava hücumundan sonra ən az 25 "Xətaib Hizbullah" döyüşçüsü öldürülüb və 55 nəfər yaralanıb. Məlumata görə, ölənlərin arasında terrorçu qrupun ən az dörd yerli komandiri var. Qrupun Suriya ilə sərhəddəki qərb Qaim rayonu yaxınlığındakı qərargahı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR