ABŞ Myanmaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Myanmaya qarşı sanksiyalar siyahısını genişləndirib
# 11 mart 2021 03:22 (UTC +04:00)

ABŞ rəhbərliyi daha iki şəxs və altı şirkəti qara siyahıya salmaqla Myanmaya qarşı sanksiyalar siyahısını genişləndirib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu arədə ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin məlumatında qeyd olunub.

Məlumata görə, məhdudiyyətlər Myanma Silahlı Qüvvələrinin baş komandanı Min Aun Hlaynın iki övladına və onların rəhbərlik etdikləri iddia olunan altı şirkətə qarşı tətbiq edilib.

Bundan əvvəl ABŞ ölkədəki nümayişlərin dağıdılması zamanı güc tətbiq etməkdə ittiham olunan iki Myanma generalına qarşı sanksiya tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR