ABŞ Prezidenti Şimali Koreyanı BMT TŞ-nin qətnaməsini pozmaqda günahlandırıb

ABŞ Prezidenti Şimali Koreyanı BMT TŞ-nin qətnaməsini pozmaqda günahlandırıb
# 26 mart 2021 04:11 (UTC +04:00)

“Şimali Koreya sınaqdan keçirdiyi raket atışları ilə BMT Təhlükəsizlik Şurasının 1718 saylı qətnaməsini pozub”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ilk açıq mətbuat konfransında bildirib.

Bayden əlavə edib ki, əgər Şimali Koreya raket sınaqlarını genişləndirməyə qərar verərsə, Vaşinqton "müvafiq cavab" vermək niyyətində olacaq: “Mən də hansısa bir formada diplomatiyaya hazıram, amma nəticə etibarilə nüvəsizləşdirmə şərti ilə”.

Xatırladaq ki, Şimali Koreya son günlərdə iki raket sınağı keçirib: Bazar günü qısa məsafəli aşağı hündürlükdə Sarı dənizə doğru iki qanadlı raket, cümə axşamı isə Yapon dənizə doğru iki ballistik raket atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR