ABŞ Prezidenti ilə Bəhreyn kralı arasında telefon danışığı olub

ABŞ Prezidenti ilə Bəhreyn kralı arasında telefon danışığı olub
# 19 aprel 2020 02:27 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp şənbə günü Bəhreyn kralı Həməd ibn İsa əl-Xəlifə ilə telefon bağlantısı qurub.

APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Məlumata görə, tərəflər koronavirus pandemiyası ilə mübarizə və digər regional məsələləri, eləcə də neft bazarındakı vəziyyəti müzakirə ediblər.

Bu gün prezident Donald Tramp Bəhreyn kralı Həməd ibn İsa əl-Xəlifə ilə danışıb. Prezident və kral koronavirus pandemiyasına qarşı qlobal mübarizədə son vəziyyəti müzakirə edib”, - deyə məlumatda qeyd olunub.

Ağ Evin məlumatına görə, “kral dünya neft bazarının sabitləşməsində və sənayedə iş yerlərinin qorunmasında göstərdiyi səylərə görə prezidentə təşəkkür edib”.

Tramp da öz növbəsində “Bəhreynin Yaxın Şərqdə sülhün əldə olunması üçün göstərilən səylərə və ABŞ-ın beşinci donanmasının ölkədə yerləşdirilməsinə verdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR