ABŞ Prezidenti: “Süleymani hələ illər öncə məhv edilməli idi!”

ABŞ Prezidenti: “Süleymani hələ illər öncə məhv edilməli idi!”
# 03 yanvar 2020 18:21 (UTC +04:00)

“General Qasım Süleymani uzun illər ərzində minlərlə amerikalını öldürüb və ya ağır formada yaralayıb. O, hələ daha çoxunun ölümünü də planlaşdırırdı”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

Onun sözlərinə görə, Q. Süleymani minlərlə insanın ölümündə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyır.

“Hər nə qədər İran bunun doğruluğunu qəbul etməsə də, ölkə daxilində Süleymaniyə qarşı həm nifrət, həm də qorxu var idi. Onlar liderlərinin dünyaya çatdırmaq istədikləri qədər qəmgin deyillər. O, hələ uzun illər əvvəl məhv edilməli idi!”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR