ABŞ Prezidentinin iqamətgahına daxil omaq istəyən silahlı qadın saxlanılıb

ABŞ Prezidentinin iqamətgahına daxil omaq istəyən silahlı qadın saxlanılıb
  • Clock-gray 08:22
  • calendar-gray 15 Fevral 2021

ABŞ paytaxtında, Ağ Evin yaxınlığında avtomobilində tapança olan qadını saxlanılıb.

APA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsindən keçməklə ABŞ Prezidentinin hasarlanmış iqamətgahının ərazisinə daxil olmağa cəhd edib. Qadın polislərə bildirib ki, Amerika lideri Co Baydenə yazılı məktub çatdırmaq istəyir.

Onun Ağ Ev yaxınlığında park etdiyi avtomobilində axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tapança aşkar ediblər. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış bir kişi müşayiət edib. Qadın qeydiyyatsız silah gəzdirdiyinə görə saxlanılıb və ABŞ Məxfi Xidmətinə təhvil verilib.

apa-logo-mini

Digər xəbərlər