ABŞ Senatı “Şimal Axını 2” kəmərinə sanksiyaları əks etdirən Müdafiə Büdcə Qanununu qəbul edib

ABŞ Senatı “Şimal Axını 2” kəmərinə sanksiyaları əks etdirən Müdafiə Büdcə Qanununu qəbul edib
  • Clock-gray 22:31
  • calendar-gray 17 Dekabr 2019

ABŞ Senatı Rusiyanın “Qazprom” şirkətinin “Şimal Axını 2” qaz boru kəmərinin inşasına kömək edən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən 2020-ci il üçün Müdafiə Büdcə Qanununu qəbul edib. 

APA “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ Senatı "Şimal Axını 2" qaz boru kəmərinə sanksiyalar və Ukraynaya hərbi yardım da daxil olmaqla, ümumilikdə 738 milyard dollarlıq müddəaları özündə əks etdirən Müdafiə Büdcəsini səsverməyə çıxararaq təsdiq edib.

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date