ABŞ Senatı Blinkeni Dövlət katibi vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Blinkeni Dövlət katibi vəzifəsinə təsdiqləyib
# 27 yanvar 2021 05:18 (UTC +04:00)

ABŞ Konqresinin Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

APA xəbər verir ki, səsvermə canlı olaraq ABŞ qanunverici orqanının yuxarı palatasının rəsmi saytında yayımlanıb.

78 senator 58 yaşlı Blinkenin lehinə, 22 senator isə əleyhinə səs verib. Onun yaxın günlərdə and içəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR