ABŞ Səhiyyə Nazirliyi Co Baydenlə işləməkdən imtina edib

ABŞ Səhiyyə Nazirliyi Co Baydenlə işləməkdən imtina edib
  • Clock-gray 06:23
  • calendar-gray 19 Noyabr 2020

Ümui Xidmətlər İdarəsi (GSA) tərəfindən qələbəsi tanınmayana qədər ABŞ Səhiyyə Nazirliyi prezident seçkilərində özünü qalib elan edən Co Baydenin komandası ilə işləməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı qurumun rəhbəri Aleks Azara istinadən məlumat yayıb.

“Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini müəyyən edərsə, o zaman da tam birgə şəkildə peşəkar keçid və hazırlıq işlərini təmin edəcəyik. Biz təlimat qaydalarına riayət edirik”, - deyə Azar vurğulayıb.

Bundan bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin də Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etməsi barədə yazmışdı.

Qeyd edək ki, Demokrat Co Baydenin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin etmək istədiyi Ron Klayn bildirmişdi ki, Ümumi Xidmətlər İdarəsi gələn həftədən etibarən hakimiyyətin ötürülməsinə başlanıldığını təsdiqləməlidir.

apa-logo-mini

Digər xəbərlər