ABŞ "Şimal axını - 2" qaz kəmərinə qarşı sanksiyaları genişləndirəcək

ABŞ "Şimal axını - 2" qaz kəmərinə qarşı sanksiyaları genişləndirəcək
# 28 mart 2021 21:23 (UTC +04:00)

Vaşinqton “Şimal axını – 2” qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”-ə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerikada hələ də bu layihənin “pis fikir” olduğu qənaətindədirlər.

“Bizim üçün vacib olan birbaşa yaxın tərəfdaşımız Almaniyaya bu barədə danışmaq imkanımızın olmasıdır”, - Blinken belə deyib.

Rusiya ilə münasibətlərdən danışan Amerika diplomatiyasının rəhbəri Moskvaya qarşı da yeni sanksiyaların tətbiq olunacağını vurğulayıb.

“Biz “SolarWinds” vasitəsi ilə həyata keçirilən kiberhücumların, ABŞ-da seçkilərə müdaxilənin, Aleksey Navalnının öldürülməsi üçün kimyəvi silahdan istifadə faktının nəzərdən keçirilməsinin tamamlanması mərhələsindəyik. Bunun bir qiyməti və bədəli olacaq”, - deyə dövlət katibi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR