ABŞ Suriya xalqına 696 mln. dollar humanitar yardım ayırıb

ABŞ Suriya xalqına 696 mln. dollar humanitar yardım ayırıb
# 30 iyun 2020 16:32 (UTC +04:00)

ABŞ Suriya xalqına 696 milyon dollar humanitar yardım ayırıb.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Avropa İttifaqının təşkil etdiyi “Suriyanın və regionun gələcəyinin dəstəklənməsi” adlı IV Brüssel konfransında bildirib.

“Əsəd rejimi, Rusiya və İran qüvvələrinin yaratdığı böhrana cavab olaraq, Suriya xalqına əlavə 696 milyon dollardan çox humanitar yardım ayırırıq”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Qeyd edək ki, bununla da böhranın başlamasından bəri ABŞ-ın Suriya xalqına ayırdığı ümumi humanitar yardımın məbləği 11,3 milyard dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR