ABŞ Süveyş kanalında hərəkətin bərpası üçün Misirə kömək təklif edib

ABŞ Süveyş kanalında hərəkətin bərpası üçün Misirə kömək təklif edib
# 27 mart 2021 05:58 (UTC +04:00)

ABŞ Süveyş kanalında “Ever Given” konteyner gəmisinin torpağa oturması səbəbindən dayanmış nəqliyyatın hərəkətinin bərpası işlərində Misir rəhbərliyinə öz köməyini təklif edib.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Biz Misir rəsmilərinə kanalda hərəkətin bərpası üçün kömək təklif etdik. Onların bu istiqamətdə olan cəhdlərini ən yaxşı şəkildə dəstəkləyə bilməyimiz üçün misirli tərəfdaşlarımızla məsləhətləşmələr aparırıq. Odur ki, bu danışıqlar davam edir. Süveyş kanalı hər iki istiqamətdə neft nəqli üçün əsas tranzit yolu rolunu oynadığından enerji bazarlarına bəzi potensial təsirləri görürük. Əlbəttə, bu, ABŞ tərəfdən yardım təklif etməyimizin əsas səbəblərindən biridir”, - Psaki belə deyib.

“CNN” telekanalının bundan əvvəl Pentaqonun iki nümayəndəsinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Dəniz Qüvvələri tezliklə Misirə mütəxəssislər qrupu göndərəcək. Mütəxəssislərin 27 mart tarixindən gec olmayaraq Misirə yola düşəcəkləri deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR