ABŞ ÜST-ün iclaslarında iştirak etmək hüququnu özündə saxladığını bəyan edib

ABŞ ÜST-ün iclaslarında iştirak etmək hüququnu özündə saxladığını bəyan edib
# 03 sentyabr 2020 07:14 (UTC +04:00)

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasına baxmayaraq, maraqlarına uyğun olaraq qurumun iclaslarında iştirak etmək hüququnu özündə saxlayır”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib.

O qeyd edib ki, gələcəkdə ABŞ həm təşkilati, həm də texniki və məsləhət komitələrinin fərdi iclaslarında öz maraqları çərçivəsində iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR