ABŞ-da 20 yaşlı məşhur reper güllələnib - FOTO - VİDEO

ABŞ-da 20 yaşlı məşhur reper güllələnib - FOTO - VİDEO
# 20 fevral 2020 03:22 (UTC +04:00)

Los-Ancelesdə 20 yaşlı reper Pop Smoke (əsl adı Başar Jackson) öldürülüb.

APA-nin vesti.ru-ya istinadən verdiyi xəbərə görə, ifaçı evində faciəli şəkildə öldürülüb.

İlkin məlumata görə, səhər saat 4:30-da Hollivudda yerləşən reperin evinə iki maskalı soyğunçu daxil olub. Cinayətkarlar reperə bir neçə dəfə atəş açıblar. Amerikalı sənətçi xəstəxanaya aparılıb. Lakin həyatını xilas etmək mükün olmayıb.

Hazırda qatillər ABŞ polisi tərəfindən axtarılır.

Xatırladaq ki, Pop Smoke 2019-cu ilin yazında “Welcome to the Party” adlı mahnısı üçün çəkdirdiyi videoya 24 milyondan çox baxış olub. Hazırda onun İnstaqram səhifəsində bir milyondan çox izləyicisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR