ABŞ-da 47 mindən çox insan koronavirusdan ölüb

ABŞ-da 47 mindən çox insan koronavirusdan ölüb
# 23 aprel 2020 04:47 (UTC +04:00)

ABŞ-da koronavirus qurbanlarının sayı 47 min nəfəri keçib. Son 24 saat burada 2219 nəfər virusdan ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, federal və ştat rəsmilərindən əldə olunmuş məlumatlar əsasında araşdırma aparan Cons Hopkins Universiteti bu barədə hesabat dərc edib.

Məlumata görə, son bir gündə ölkədə 27 948 nəfər koronavirusa yoluxub, epidemiyanın başlanğıcından bu günədək isə 846 692 amerikalı bu virusa yoluxub. İndiyədək virusdan ölənlərin sayı 47 537 nəfər təşkil edir, 83 917 nəfər də sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR