ABŞ-da 5.7 bal gücündə zəlzələ olub

ABŞ-da 5.7 bal gücündə zəlzələ olub
# 09 aprel 2021 08:10 (UTC +04:00)

ABŞ-ın Alyaska ştatında 5.7 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 17.10-da qeydə alınan zəlzələnin episentri Kantvell qəsəbəsindən 27 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanın ocağı 77,7 kilometr dərinlikdə olub.

İtkilər və dağıntılar barədə məlumat, eləcə də sunami xəbərdarlığı verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR