ABŞ-da “AstraZeneca” peyvəndi 2021-ci ilin ortalarına qədər hazır olmayacaq

ABŞ-da “AstraZeneca” peyvəndi 2021-ci ilin ortalarına qədər hazır olmayacaq
# 10 dekabr 2020 06:14 (UTC +04:00)

“AstraZeneca şirkətilə Oksford Universitetinin birlikdə hazırladığı koronavirusa qarşı peyvəndin klinik sınaqları tamamlanmayıb. Bu səbəbdən ABŞ-da pevəndləmə 2021-ci ilin ortalarına qədər uzanacaq”.

APA xəbər verir ki, bunu Oksfordun Jenner İnstitutunun direktoru Adrian Hill yerli NBC televiziyasına açıqlamasında bildirib.

Hill peyvəndin effektivlik dərəcəsi, eləcə də xəstəliyə qarşı təsirinin səviyyəsi barədə fikir söyləməyin hələ tez olduğunu deyib.

Qeyd edək ki, ABŞ Administrasiyası sözügedən peyvəndin hazırlanması üçün “AstraZeneca” şirkətinə 1,2 milyard dollar ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR