ABŞ-da "Boeing 777"nin mühərrikində yaranmış nasazlığın əsas səbəbi açıqlanıb

ABŞ-da "Boeing 777"nin mühərrikində yaranmış nasazlığın əsas səbəbi açıqlanıb
# 23 fevral 2021 08:35 (UTC +04:00)

ABŞ-ın Denver şəhərində “Boeing 777” tipli sərnişin təyyarəsinin mühərrikinin örtük hissəsinin parçalanaraq yaşayış evlərinin üstünə düşməsi, ilkin ehtimal olaraq, mühərrikin hissələrində metalın köhnəlməsi ilə əlaqələndirilir.

APA xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuranın (NTSB) sədri Robert Sumvalta istinadən məlumat yayıb.

Şura sədrinin sözlərinə görə, mühərrikdəki pərlərin iki bıçağı sınıb: onlardan biri – əsas pər, ikincisi isə ortada yerləşən pərdən qopub. Mühərrikin sınan hissələri təyyarənin gövdəsinə də ziyan vurub.

Hazırda şura pər bıçaqlarının nə qədər köhnəldiyini araşdırmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR