ABŞ-da COVİD-19-a qarşı “Johnson & Johnson” vaksininin istifadəsinə icazə verilib

ABŞ-da COVİD-19-a qarşı “Johnson & Johnson” vaksininin istifadəsinə icazə verilib
# 28 fevral 2021 11:39 (UTC +04:00)

ABŞ Ərzaq və Dərman Vasitələrinin Keyfiyyəti Məsələləri üzrə İdarəsi “Janssen” şirkətinin təklifini dəyərləndirib və yeni növ koronavirusa (COVİD-19) qarşı “Johnson & Johnson” vaksininin tətbiqinə icazə verib.

APA-nın məlumatına görə, bununla da ABŞ-da fövqəladə hallarda tətbiqinə icazə verilən koronavirusa qarşı vaksinlərin sayı 3-ə çatıb.

Bundan əvvəl ABŞ-da “Moderna”, həmçinin “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsal etdikləri vaksinlərin istifadəsinə icazə verilib.

Digər vaksinlərdən fərqli olaraq “Johnson & Johnson” vaksini iki deyil, bir dozada vurulacaq. Bu vaksin 18 yaş və 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Üçüncü mərhələdə sınaqlar zamanı “Johnson & Johnson” vaksininin effektivliyi 85 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR