ABŞ-da COVID-19-dan ölənlərin sayı 300 minə yaxınlaşıb

ABŞ-da COVID-19-dan ölənlərin sayı 300 minə yaxınlaşıb
# 11 dekabr 2020 19:45 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 221 675 yoluxma halı qeydə alınıb, 2 992 nəfər vəfat edib.

APA-nın “Worldometers”ə istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək koronavirusa yoluxanların sayı 16 055 427, xəstəlikdən ölənlərin sayı isə 299 877 nəfərə çatıb.

ABŞ-dan COVID-19-dan sağalanların sayı 9 milyonu ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR