ABŞ-da COVID-19-dan ölənlərin sayı 486 mini ötüb

ABŞ-da COVID-19-dan ölənlərin sayı 486 mini ötüb
# 16 fevral 2021 16:01 (UTC +04:00)

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 685 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində koronavirusdan 985 ölüm halı baş verib.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir. ABŞ-da indiyədək 27,6 milyondan çox şəxs koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 486 mindən çox xəstə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR