ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 550 mini keçib

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 550 mini keçib
# 12 aprel 2020 22:03 (UTC +04:00)

ABŞ-da yeni növ koronavirusdan ölüm hallarının sayı 21,6 mini, yoluxma hallarının sayı isə 550 mini keçib.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin Bakı vaxtı saat 22:00-a olan açıqlamasında qeyd olunub.

Məlumata görə, indiyədək ABŞ-da 550 145 nəfər koronavirusa yoluxub, 21 649 nəfər isə bu virusun qurbanına çevrilib. 31 120 nəfər də sağalaraq evinə buraxılıb.

Ən ağır vəziyyət Nyu-York (180 mindən çox yoluxma, 8,6 mindən çox ölüm), Nyu-Cersi (58 min yoluxma və 2,2 min ölüm) və Miçiqan (23,6 min yoluxma və 1,4 min ölüm) ştatlarında müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR