ABŞ-da "Laura" qasırğası qurbanlarının sayı 14-ə çatıb

ABŞ-da "Laura" qasırğası qurbanlarının sayı 14-ə çatıb
# 29 avqust 2020 04:20 (UTC +04:00)

ABŞ-ın Luiziana və Texas ştatlarında “Laura” qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ağacların aşması nəticəsində azı beş nəfər ölüb, bir nəfər boğulub, səkkiz nəfər isə dəm qazından zəhərlənərək həyatını itirib.

Bu bölgələrdə fırtınalı hava hökm sürür, daşqınlar qeydə alınıb. Texas, Luiziana və Arkanzasda təxminən 600 min ev işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR