ABŞ-da “Laura” qasırğası səbəbindən iki ştatdan 585 min nəfər təxliyə ediləcək

ABŞ-da “Laura” qasırğası səbəbindən iki ştatdan 585 min nəfər təxliyə ediləcək
# 26 avqust 2020 03:16 (UTC +04:00)

ABŞ-ın Texas və Luiziana ştatlarının səlahiyyətliləri saatda 33,5 m/s sürətlə Meksika körfəzinə yaxınlaşan “Laura” qasırğası ilə əlaqədar, təxminən, 585 min yerli sakinin təxliyə edilməsi barədə göstəriş verib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğaların Müşahidə Mərkəzi məlumat yayıb.

Texasdan 385 min nəfərin, Luizianadan isə 200 min nəfərin təxliyəsi nəzərdə tutulub.

Son hesablamalara görə, hazırda 7.1 m/s sürətlə şimal-qərbə doğru hərəkət edən qasırğanın bu gün sözügedən ştatlara çatacağı bildirilir.

“Reuters”in ABŞ Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata əsasən, qasırğanın yaxınlaşması səbəbindən Meksika körfəzində neft hasilatı müvəqqəti olaraq gündəlik 1.56 milyon barel azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR