ABŞ-da "Laura" qasırğasının qurbanlarının sayı 25-ə çatıb

ABŞ-da "Laura" qasırğasının qurbanlarının sayı 25-ə çatıb
# 04 sentyabr 2020 18:42 (UTC +04:00)

ABŞ-ın Luiziana və Texas ştatlarında müşahidə olunan "Laura" qasırğası nəticəsində ölənlərin sayı 16-dan 25-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.

Bildirilir ki, Texasda təbii fəlakətin nəticələrindən ən azı beş nəfər ölüb. Luizianada isə qasırğanın qurbanlarının sayı 20-yə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR