ABŞ-da Trampa dəstək məqsədli qayıq paradında bir neçə kater batıb

ABŞ-da Trampa dəstək məqsədli qayıq paradında bir neçə kater batıb
  • Clock-gray 04:41
  • calendar-gray 06 Sentyabr 2020

ABŞ-ın Texas ştatında prezident Donald Trampa dəstək olaraq keçirilən qayıq paradında bir neçə kater Trevis gölündə batıb.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Hadisə parad zamanı baş verdi. Bizə həyəcan siqnalı verən gəmilər barədə bir neçə məlumat daxil oldu və onların bəziləri batdı”, - deyə yerli polis idarəsindən telekanala bildirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Yerli təcili tibbi yardım xidmətinin “Twitter”də açıqladığı məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və xidmətə hər hansı müraciət daxil olmayıb.

Məlumata görə, parad zamanı bir neçə yüz qayıq iştirak edirmiş.

apa-logo-mini

Digər xəbərlər