ABŞ-da Trampa impiçment tələbi ilə aksiyalar keçirilib

ABŞ-da Trampa impiçment tələbi ilə aksiyalar keçirilib
  • Clock-gray 11:49
  • calendar-gray 18 Dekabr 2019

ABŞ-ın bəzi şəhərlərində Prezident Donald Trampa impiçment tələbi ilə aksiyalar keçirilib.

APA-nın ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyalar Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, Nevada ştatının Las-Veqas, Pensilvaniya ştatının Filadelfiya və Pitsburq, Nyu-York ştatının Nyu-York, Massaçusets ştatının Boston, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver, Yuta ştatının Solt-Leyk-Siti şəhərində və digər şəhərlərdə keçirilib.

Aksiyaçılar Donald Trampı hakimiyyətdən getməyə səsləyən plakatlar qaldırıblar. 

Ölkəboyu keçirilən aksiyalara onminlərlə vətəndaş qatılıb.

Zümrüd Paşkin

Digər xəbərlər