ABŞ-da ağır yol qəzası nəticəsində 15 nəfər ölüb

ABŞ-da ağır yol qəzası nəticəsində 15 nəfər ölüb
# 03 mart 2021 02:19 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında baş vermiş yol qəzası nəticəsində azı 15 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “ABC10” telekanalı yerli tibb mərkəzinə istinadən məlumat yayıb.

İnsident Meksika sərhədindən 20 km aralıda, İmperial dairəsində baş verib. Hadisə zamanı yük maşını ilə yanaşı bir neçə avtomobil də toqquşub. Nəticədə 14 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR