ABŞ-da ağır yol qəzasında 6 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

ABŞ-da ağır yol qəzasında 6 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO
  • Clock-gray 05:28
  • calendar-gray 12 Fevral 2021

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

APA CNN-ə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı isə 36 nəfər olub.

 

Qeyd edək ki, yol qəzası yolun buz bağlaması səbəbindən baş verib. 100-dən çox avtomobilin bir-birinə çırpıldığı bildirilir.

***

05:14

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

APA xəbər veirir ki, bu barədə Fort-Uort şəhər polisinin əməkdaşı Daniel Siqura açıqlamasında bildirib. 

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirildiyi bildirilib.

NBC kanalının yerli şöbəsinin verdiyi məlumata görə, təxminən 35 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, ştatın mərkəzi magistral yollardan birində, təxminən 100 avtomobil toqquşub. 

Qəzaya səbəb yolun buz bağlaması olub.

Ştatın digər bölgələrində də ağır yol qəzaları baş verib. Azı 3 nəfərin öldüyü təsdiqlənib.

 

apa-logo-mini

Digər xəbərlər