ABŞ-da aksiyada toqquşmalarda 21 polis əməkdaşı xəsarət alıb, 45 nəfər saxlanılıb

ABŞ-da aksiyada toqquşmalarda 21 polis əməkdaşı xəsarət alıb, 45 nəfər saxlanılıb
# 26 iyul 2020 14:42 (UTC +04:00)

Şənbə günü ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində aksiyalarda toqquşmalarda ən azı 21 polis əməkdaşı xəsarət alıb, 45 aksiya iştirakçısı saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə şəhər polisi “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Dizindən xəsarət alan bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aksiyada polisə yandırıcı maddələr, daş və butulkalar atılıb. Polis aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Saxlanılanlar polis əməkdaşına hücum və hakimiyyətin qanuni tələblərə əməl etməməkdə günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR