ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib
# 17 yanvar 2021 04:11 (UTC +04:00)

Hazırda ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, bu qədər hərbi qulluqçunun Vaşinqtonda cəmləşməsi yeni seçilmiş prezident Cozef Baydenin andiçmə günü – yanvarın 20-də paytaxtın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Yanvarın 20-dək, paytaxta təxminən 25 min şəxsi heyət gətiriləcək.

4 mindən çox hərbçi şəhərdəki mühüm dövlət binalarını və digər əsas infrastrukturu mühafizə edəcək.

Qeyd edək ki, artıq Kapitoliya binası mühasirəyə alınıb, bir neçə gündür ki, ictimaiyyətin əraziyə giriş-çıxışına icazə verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR