ABŞ-da atışma baş verib, 14 nəfər yaralanıb

ABŞ-da atışma baş verib, 14 nəfər yaralanıb
  • Clock-gray 07:09
  • calendar-gray 22 İyul 2020

ABŞ-ın Çikaqo şəhərində baş vermiş silahlı insident zamanı 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli polisin rəsmisi Erik Karter jurnalistlərə açıqlamasında deyib.

“14 yaralımız var, onlara şəhərin müxtəlif xəstəxanalarında tibbi yardım göstərilir. Onların vəziyyəti hələlik məlum deyil”, - deyə Karter bildirib.

Polis rəsmisinin sözlərinə görə, polis hələlik atışmada şübhəli bilinən bir nəfəri saxlayıb, insidentin motivi hələ ki müəyyən edilməyib. Karter qeyd edib ki, atəş dəfn mərasiminə gələnlərdən birinin avtomobilindən açılıb və sonradan buna qarşılıq verilib. Avtomobil aşıb və şübhəlilər oradan çıxaraq atəş açıblar, daha sonra isə gizləniblər.

apa-logo-mini

Digər xəbərlər