ABŞ-da atışma baş verib

ABŞ-da atışma baş verib
  • Clock-gray 02:29
  • calendar-gray 31 Avqust 2020

ABŞ-ın Çikaqo şəhərinin cənubunda baş vermiş atışma nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı şəhər polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə günün birinci yarısında kafelərin birinin yaxınlığında baş verib. Silahlı şəxs avtomobillə obyektə qədər gələrək ziyarətçilərə atəş açıb. Polis cinayətkarın hədəfinin ağır yaralılardan birinin olduğunu hesab edir.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

apa-logo-mini

Digər xəbərlər