ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 05 oktyabr 2020 08:28 (UTC +04:00)

ABŞ-da Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, 5 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Fox 5” televiziya kanalı məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla təxminən, saat 16:00-da mağazada olan bir qrup şəxsə odlu silahdan atəş açıb.

Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR