ABŞ-da atışma zamanı 3 polis əməkdaşı yaralanıb

ABŞ-da atışma zamanı 3 polis əməkdaşı yaralanıb
# 17 avqust 2020 04:11 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Sidar-Park şəhərində baş vermiş silahlı insident zamanı üç polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhərin polis idarəsi “Twitter”də məlumat yayıb.

Xəsarət alan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir. Bildirilir ki, polis çağırış əsasında şəhərin şimal hissəsindəki yaşayış binalarının birinə gəlib. Silahlı şəxs içəridə özünə istehkam quraraq polisə müqavimət göstərib. Onun həbs olunması barədə hələlik bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR