ABŞ-da avtomobillə etirazçıları vuran şəxs onlara atəş açıb

ABŞ-da avtomobillə etirazçıları vuran şəxs onlara atəş açıb
# 08 iyun 2020 08:45 (UTC +04:00)

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) avtomobil etiraz aksiyası iştirakçılarının toplaşdığı izdihama çırpılıb. Bundan sonra sürücü avtomobildən düşərək atəş açmağa başlayıb.

APA xəbər verir ki, bu barədə “The Seattle Times” qəzeti məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir nəfər odlu silah yarası alıb və xəstəxanaya çatdırılıb, onun vəziyyətinin hazırda stabil olduğu deyilir.

Avtomobilin sürücüsü saxlanılıb. Polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR