ABŞ-da baş vermiş atışmada 3 nəfər ölüb

ABŞ-da baş vermiş atışmada 3 nəfər ölüb
# 30 iyul 2020 10:21 (UTC +04:00)

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində atışma baş verib.

APA-nın xəbərinə görə, bu barədə yerli “St. Louis Post-Dispatch” qəzeti polisə istinadən məlumat yayıb.

Polisin nümayəndəsi Mişel Uidinq bildirib ki, 3 nəfər hadisə yerində ölüb, 1 nəfər isə ayağından güllə yarası alıb.

Nəşrin məlumatına görə, atışmanın başvermə səbəbi hələlik məlum deyil.

Silahlı insidentin qruplaşmalar arasında toqquşma nəticəsində baş verdiyi güman edilir.

Polis hadisə yerindən silah götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR