ABŞ-da baş vermiş silahlı insident zamanı 4 nəfər yaralanıb

ABŞ-da baş vermiş silahlı insident zamanı 4 nəfər yaralanıb
# 02 iyul 2020 08:42 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatı, Oklend şəhərində baş vermiş atışma zamanı azı 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat yayılıb.

“Oklend polis bölməsi baş vermiş atışma ilə əlaqədar Kaliforniya yol patrul xidmətinə köməklik göstərir. Son dəqiqələrə qədər dörd nəfərin yaralanması barədə məlumat var”, - məlumatda belə deyilir.

Məlumatda insidentlə bağlı təfərrüatlara toxunulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR