ABŞ-da bıçaqlı şəxs sinaqoq yaxınlığında insanlara hücum edib, yaralananlar var

ABŞ-da bıçaqlı şəxs sinaqoq yaxınlığında insanlara hücum edib, yaralananlar var
# 29 dekabr 2019 09:02 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatının Monsi şəhərində naməlum şəxsin bıçaqla sinaqoq binası yaxınlığında insanlara hücumu zamanı bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Fox News” hadisə şahidlərinə istinadən məlumat yayıb.

İnsident təxminən gecə saat 22:00-da (Bakı vaxı ilə 07:00-da) baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım xidməti gəlib.

İlkin məlumata görə, hücum nəticəsində azı 3 nəfər xəsarət alıb. Öz növbəsində, “Orthodox Jewish Public Affairs Council” təşkilatı bildirir ki, insident zamanı xəsarət alanların sayı azı 5 nəfərdir.

Digər təfərrüatlar dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR