ABŞ-da böhran əleyhinə yardım paketi mübahisəyə səbəb olub, 4 nəfər öldürülüb

ABŞ-da böhran əleyhinə yardım paketi mübahisəyə səbəb olub, 4 nəfər öldürülüb
# 17 mart 2021 02:22 (UTC +04:00)

ABŞ sakinlərinin böhrana əleyhinə yardım çərçivəsində almağa başladıqları 1,4 min dollarlıq çek mübahisəsi zamanı yeddi yaşlı uşaq da daxil olmaqla dörd nəfər öldürülüb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden keçən həftə 1,9 trilyon dollarlıq iqtisadi yardım layihəsini imzalayıb. Plana əsasən, ölkədə ev təsərrüfatlarının 85%-də adambaşına 1,4 min dollar birbaşa ödəniş olunacaq.

Böhran əleyhinə çek martın 13-də İndianapolisdə ailələrdən birində qanlı insidentə səbəb olub. 25 yaşlı Malik Xalfakr adlı şəxs yardım əldə edən dostundan bu məbləğin yarısını almaq istəyib. İmtina cavabı alan gənc mübahisədən sonra tapança ilə həmin qıza və ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə dörd nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR