ABŞ-da çoxmərtəbəli yaşayış binasında partlayış baş verib

ABŞ-da çoxmərtəbəli yaşayış binasında partlayış baş verib
# 24 dekabr 2020 05:16 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər Yanğınsöndürmə xidmətinin rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, partlayış nəticəsində 23 nəfər yaralanıb: “Xəsarət alanlardan 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 1-nin vəziyyəti ağırdır”.

Partlayışdan sonra binanın damı qismən çöküb.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR