ABŞ-da daha bir silahlı insident olub, ölən və yaralananlar var

ABŞ-da daha bir silahlı insident olub, ölən və yaralananlar var
  • Clock-gray 07:56
  • calendar-gray 31 Avqust 2020

ABŞ-ın Minnesota ştatının Bruklin-Park şəhərində baş verən silahlı insident zamanı azı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə polisə istinadla “Fox News” məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin yaşayış komplekslərinin birində baş verib.

Polis insidentdə şübhəli bilinən şəxsi axtarır.

apa-logo-mini

Digər xəbərlər