ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 20 mart 2021 19:16 (UTC +04:00)

Naməlum şəxs ABŞ-ın Dallas şəhərində gecə klubunda atəş açıb.

APA-nın xəbərinə görə, “Associated Press” Texas ştat polisinə istinadən 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayıb.

İlkin məlumata əsasən, kluba gələn ziyarətçilər arasında dava-dalaş baş verən zaman atəş açılıb. Atəş açan şəxs hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hazırda atəş açan şəxsi axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR