ABŞ-da güclü qar səbəbindən 600-dən çox yol qəzası baş verib, azı 4 nəfər ölüb

ABŞ-da güclü qar səbəbindən 600-dən çox yol qəzası baş verib, azı 4 nəfər ölüb
# 18 dekabr 2020 06:16 (UTC +04:00)

ABŞ-ın şərq sahillərində güclü qar səbəbindən 600-dən çox yol qəzası baş verib.

APA TASS-a istinadən xəbər verir ki, qəzalarda azı 4 nəfər ölüb.

Nyu-York ştatının meri Endryu Kuomo tvitterdə canlı yayımlanan mətbuat konfransında qeyd edib ki, 9100 elektrik xətti sıradan çıxıb. Ştatın 14 mahalında fövqəladə vəziyyət tətbiq edilib. Əhaliyə zərurət olmadıqda nəqliyyat vasitələrindən istifadə etməkdən çəkinmələri tövsiyə edilib. Bütün dövlət məktəbləri bağlanıb.

Eyni vəziyyətin Pensilvaniyada və Nyu Cersidə də yaşandığı bildirilib.

Nyu Cersinin qubernatoru Fil Merfi tvitter hesabında bildirib ki, ötən gecə zədələnmiş 13 000 elektrik xətti qismən bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR