ABŞ-da həbsxanada insident baş verib, məhbus güllələnib - VİDEO

ABŞ-da həbsxanada insident baş verib, məhbus güllələnib - VİDEO
  • Clock-gray 10:07
  • calendar-gray 28 Mart 2021

ABŞ-ın Oklahoma ştatında olan cəzaçəkmə müəssisəsində silahlı insident baş verib.

APA bildirir ki, bu barədə Fox News telekanalı xəbər verib.

Cəzaçəkmə müəssisəsinin nəzarətçilərindən biri məhbuslar tərəfindən girov götürülüb. O, aldığı xəsarətə görə xəstəxanaya aparılıb.

Telekanalın verdiyi məlumata görə, zabit məhkumlara dərman verərkən hücuma məruz qalıb, məhkumlar onun əllərin bağlayıb və açarlarını alıblar.

Bu hadisə ilə bağlı sosial şəbəkələrdə də məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, məhkumlar duş qəbul edə bilmədiklərinə görə etiraz edirlər.

Rəsmi qurumlar Fox News-a həbsxanada etiraz edən məhkumlardan birinin hadisə yerinə gedən Oklahoma City polisi tərəfindən vurularaq öldürüldüyünü təsdiqləyib.

Hadisə ilə bağlı sosial şəbəkədə yayılan videolardan birini təqdim edirik:

 

apa-logo-mini

Digər xəbərlər