ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-1

ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-1
# 06 dekabr 2019 20:44 (UTC +04:00)

ABŞ Donanmasının Florida ştatındakı hərbi aviabazasında baş vermiş silahlı insident zamanı ölənlərin sayı 4 nəfərə çatıb, onların arasında cinayətkar da var.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Eskambiya dairə şerifi Devid Morqan bildirib.

Onun sözlərinə görə, xəstəxanaya 8 nəfər yerləşdirilib ki, onlardan biri orada keçinib. Qalanlarının səhhəti ilə bağlı heç bir təhlükə yoxdur.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

***

Saat 19:25

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensacola” aviabazasında atışma nəticəsində ölənlərin sayı ikiyə çatıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi "Twitter" səhifəsində qeyd olunub. Son məlumata əsasən, insident nəticəsində 10 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.

***

Saat 18:24

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensacola” aviabazasında atışma baş verib.

APA-nın “Washington Post”a istinadən verdiyi xəbərə görə, insidentdən sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb. Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır. İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, iki gün əvvəl Hərbi Dəniz Qüvvələrinin Pörl-Harborda yerləşən bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR