ABŞ-da hərbi bazada atışma olub, iki hərbçi ölüb

ABŞ-da hərbi bazada atışma olub, iki hərbçi ölüb
# 01 iyun 2020 19:28 (UTC +04:00)

İyunun 1-də ABŞ-ın Şimali Dakota ştatında yerləşən hərbi bazada silahlı insident baş verib.

APA TASS-a istinadən xəbər verir ki, atışma nəticəsində iki hərbçi həlak olub. Ölən hərbçilər kəşfiyyatçıdırlar.

Bazanın internet səhifəsində qeyd olunub ki, hazırda orada qalan hərbçilərin həyatına heç bir təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR