ABŞ-da ilk dəfə koronavirusun insandan insana yoluxması aşkarlanıb

ABŞ-da ilk dəfə koronavirusun insandan insana yoluxması aşkarlanıb
# 31 yanvar 2020 02:14 (UTC +04:00)

ABŞ-da koronavirusun ilk dəfə olaraq insandan insana yoluxması hadisəsi qeydə alınıb.

APA yerli CNBC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi, eləcə də İllinoys Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, xəstəlik Çindən gələn 60 yaşlı şəxsdə aşkarlanıb.

Milli İmmunitet və Tənəffüs Xəstəlikləri Mərkəzinin direktoru Nensi Missoqnier bildirib ki, ictimai səhiyyə sahəsində vəziyyət çox ciddidir: “Zaman keçdikcə xəstəliyin yeni hallarının olacağını gözləmək olar və bu, virusun insandan insana ötürülməsi təhlükəsini artıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR