ABŞ-da koronavirusa yoluxanların sayı 1160 nəfəri keçib

ABŞ-da koronavirusa yoluxanların sayı 1160 nəfəri keçib
# 12 mart 2020 08:37 (UTC +04:00)

ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma hallarının 1162 nəfərə çatıb, 37 nəfər bu virusun qurbanına çevrilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinə istinadən məlumat yayıb.

Bundan əvvəl mərkəzin saytında 938 nəfərin virusa yoluxduğu deyilirdi və paytaxt federal dairə Kolumbiya da daxil olmaqla, 36 ştatda yoluxma hallarının olduğu ehtimal edilirdi. Ölənlərin sayının bundan əvvəlki göstəricisi isə 29 nəfər olub. Daha çox yoluxma halları Vaşinqton (267), Nyu-York (173) və Kaliforniya (152) ştatlarında qeydə alınıb.

Qeyd edək ki, artıq Vaşinqton və Nyu-Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR