ABŞ-da koronavirusa yoluxanların sayı 12-yə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 12-yə çatıb
  • Clock-gray 02:51
  • calendar-gray 06 Fevral 2020

 

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 12-yə çatıb. 

APA xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə İdarəsinin məlumatında bildirilib. 

Sonuncu yoluxma halı Viskonsin ştatında qeydə alınıb.

Bu günə olan məlumata görə, ABŞ-da 10 nəfərdən koronavirusa yoluxmada şübhəli bilinən 10 nəfərdən qan analizləri götürülüb. Onlardan 7-də mənfi, 1 nəfərdə isə müsbət nəticə olub. Daha 2 nəfərin isə qan nümunələrinin cavabı məlum deyil. 

Ümumilikdə, fevralın 4-ü axşam ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin məlumatına görə, ölkədə 293 nəfər virus şübhəsilə yoxlanılıb, onlardan 11-i müsbət, 206-sı isə mənfi nəticə verib. Daha 76 nəfərin cavabları açıqlanmayıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər